15.09.2021 [10:14] - Gündəm, Sosial
Hindistanın müstəqilliyinin 75-ci ildönümünü ilə bağlı bayram tədbirləri çərçivəsində bu ölkənin Bakıdakı səfirliyi Hind Dili Gününü qeyd edib. Hind dilinin 1949-cu ildə Hindistanın rəsmi dili olaraq qəbul edilməsi hər il sentyabrın 14-də Hind Dili Günü kimi qeyd olunur.
Səfirlikdən bildirilib ki, tədbirdə Hindistan diasporunun üzvləri, bu ölkənin Azərbaycandakı dostları, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tələbə və akademik heyəti iştirak edib.
Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna Hind Dili Gününün əhəmiyyətini vurğulayıb və bunun “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Hindistanın zəngin mədəni irsini nümayiş etdirmək üçün yaxşı fürsət olduğunu bildirib. O, Hind dilinin Azərbaycanda təbliği üçün səfirliyin Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq etdiyini də vurğulayıb. Sonra Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin rəhbəri Səidə Mirzəyeva və digər iştirakçılar Hind dilində çıxış edərək Azərbaycanda bu dilin təbliği barədə danışıblar.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |