15.09.2021 [10:45] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 512 mindən çox olub.
Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 512 min 659 nəfər yeni koronavirusa yoluxub, 8 min 895 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 226 milyon 629 min 709, ölənlər isə 4 milyon 661 min 639 nəfərə çatıb.
Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (142 min 59 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1934 nəfər) ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (42,2 milyon), Hindistan (33,3 milyon), Braziliya (21 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bu xəbər oxucular tərəfindən 1562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |