Şrift:
Veysəloğlu Şirkətlər Qrupu 44 gəncin ali təhsil almasına dəstək göstərib
15.09.2021 [10:49] - Gündəm, Sosial
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, təhsilə dəstək Veysəloğlu Şirkətlər Qrupunun əsas prioritet istiqamətlərindəndir. Şirkətlər Qrupu digər təhsil fəaliyyətləri ilə yanaşı, aztəminatlı ailələrdən olan 44 nəfər gəncin ali təhsil almasına imkan yaratmışdır.

Qurumun Korporativ kommunikasiyalar departamentindən bildirilib ki, Şirkətlər Qrupu 2018/2019 və 2019/2020-ci təhsil ilində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində Bakı və regionlarda yaşayan və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və yüksək təhsil əldə etmələrinə imkan yaradıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şagirdlər yüksək nəticələr göstərərək tələbə adını qazanıblar və hazırda Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələridirlər.

Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində, həmçinin idman, xeyriyyəçilik və vətənsevərlik sahələrdə əhəmiyyətli layihələr həyata keçirir.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat və logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed