15.09.2021 [11:00] - Xəbərlər, Sosial
28 ildən sonra Ağdama qədəm qoymaq məni çox qürurlandırdı. Doğma Ağdamıma gəldiyim üçün böyük fərəh və sevinc hissi keçirirəm.
Bunu Ağdam şəhərinə səfər etmiş rayon sakini Nazilə Abbasova deyib. O bildirib ki, Ağdam respublikamızın iqtisadi, mədəni cəhətdən seçilən rayon mərkəzlərindən biri idi. Nazilə Abbasova Ağdamı belə dağılmış görsə də nikbindir. Çünki Ağdam yenidən tikiləcək, yenidən inkişaf edəcək.
“Ağdam şəhəri yerlə-yeksan edilib. Mənim işlədiyim icra hakimiyyətinin binasından əsər-əlamət qalmayıb. Ancaq şükürlər olsun ki, Prezidentimizin, ordumuzun sayəsində Ağdamımızın azad gününü gördük. Həmişə deyirdik, gün o gün olsun, Ağdama qayıdaq. İndi bu arzumuz yerinə yetib, biz Ağdama qayıtmışıq. İnanıram ki, Ağdam tezliklə yenidən qurulacaq. Ağdamın ağ günləri yenidən başlayacaq”, - deyə N.Abbasova bildirib

Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |