Şrift:
UEFA Çempionlar Liqasında birinci turun oyunlarına yekun vurulub
16.09.2021 [10:04] - Gündəm, İdman
Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun oyunlarına yekun vurulub.

A qrupunda yer alan turnirin son finalçısı "Mançester Siti" İngiltərədə Almaniyanın "Leyptsiq" komandasını sınağa çəkib. Görüş 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Lionel Messi ilə heyətini gücləndirən Fransanın "Paris Sen-Jemen" klubu Belçikada "Brügge" ilə gözlənilmədən heç-heçə edib - 1:1.

Gecənin ən maraqlı oyunlarından biri D qrupunda İspaniyanın "Real Madrid" və İtaliyanın "İnter" klubları arasında baş tutub. Gərgin keçən görüşün taleyin 90-ci dəqiqədə "Real Madrid" klubunun futbolçusu Rodriqonun vurduğu qol həll edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 6:3;

"Brügge" (Belçika) - Paris Sen-Jemen" (Fransa) - 1:1.

B qrupu

"Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 0:0;

"Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) - 3:2.

C qrupu

"Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2;

"Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) - 1:5.

D qrupu

"Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0;

"İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1.
Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed