Şrift:
Portuqaliya tam peyvənd edilən əhalinin sayına görə dünyada birincidir
16.09.2021 [10:07] - Gündəm, Sağlıq
"Our World in Data" onlayn elmi nəşrinə görə, hazırda Portuqaliya COVID-19 əleyhinə tam peyvənd olunmuş əhalinin ən yüksək səviyyədə əhatə olunduğu ölkədir.

Portuqaliya bu sahədə son günlərdə Maltanı keçib və koronavirus infeksiyasına qarşı tam peyvəndlə əhalinin 81,54 faizini qeydə alıb. Maltada isə əhalinin 80.95 faizi COVID-19 əleyhinə tam peyvənd olunub. Dünya reytinqində üçüncü yerdə 78,80 faizlə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 1503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed