16.09.2021 [10:14] - Xəbərlər, Hadisə
Çinin cənub-qərbindəki Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub.
Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Lucou şəhərinin Lusien rayonunda yerli vaxtla saat 4:33-də (Bakı vaxtı ilə 00:33) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Vilayətinn səlahiyyətli qurumlarının ilkin məlumatına əsasən, zəlzələ nəticəsində yaşayış və inzibati binalara müxtəlif dərəcədə zərər dəyib. Dağıntı nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Əraziyə mülki müdafiə qüvvələri cəlb olunub.
Qeyd edək ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. 2008-ci ilin mayında vilayətdə baş verən güclü zəlzələ nəticəsində 100 minə yaxın sakin ölmüş və ya itkin düşmüş, 375 min nəfər müxtəlif dərəcədə xəsarət almışdı. Bir neçə şəhər tamamilə dağılmışdı.

Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |