16.09.2021 [10:20] - Gündəm, Mədəniyyət
Moskvadakı “Heimtextil 2021” interyer parça, ev tekstili və bəzək materiallarının ixtisaslaşdırılmış beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstil məhsullarının Rusiyada populyarlaşması” adlı dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü və “Russian Business Guide”nın informasiya dəstəyi ilə təşkil edilib. Dəyirmi masanın moderatoru, “Russian Business Guide”nın Baş redaktoru Mariya Suvorovskaya olub.
Müzakirələrdə Azərbaycan və Rusiya nümayəndələri, xalça və tekstil istehsalçıları, ekspertlər, dizaynerlər, sənətşünaslar və digərləri iştirak edib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq Azərbaycan xalçaçılığının tarixindən danışıb. Ticarət nümayəndəsi qeyd edib ki, sərgi çərçivəsində tərəfdaş şirkətlərlə danışıqlar fəal şəkildə aparılır və Azərbaycan əl işi xalçalarının ilk partiyası tezliklə Rusiya bazarına çıxacaq. R.Əliyev onu da qeyd edib ki, Yekaterinburq, Tatarıstan, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində Azərbaycan xalçalarının sərgi-satışları keçiriləcək.
Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının İstehlak Bazarının İnkişafı Şurasının sədri Aleksandr Borisov Azərbaycanın tarixi və mədəniyyətini, o cümlədən xalçaçılıq ənənələrini, daha yaxından öyrənməyə imkan verən bu cür müzakirələrin vacibliyini qeyd edib. "Maraqlıdır ki, Azərbaycanın hər bir bölgəsinin öz xalçaçılıq ənənələri var və müasir sənətkarlar bu ənənələri dəstəkləyir və inkişaf etdirir", - deyə o qeyd edib. İlk yarım il ərzində Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin bir milyard dolları keçdiyini xatırladaraq, o deyib: "Rusiya Azərbaycanın əsas ticarət ortağıdır, ümid edirəm ki, Azərbaycan xalçaları Rusiyaya ixracatda layiqli yerini tutacaq", - deyə A. Borisov vurğulayıb.
"Azərxalça"nın İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycanda xalçaçılığın inkişafına dövlət dəstəyindən danışıb. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçasının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini xatırladıb. E.Məmmədovun sözlərinə görə, "Azərxalça" konserni ixracat fəaliyyətinə Rusiyadan başlayır. "Azərbaycan xalçaları bütün dünyada tanınır, qədim xalçalarımız dünyanın bir çox məşhur muzeylərində saxlanılır", - deyə “Azərxalça”nın rəhbəri qeyd edib.
Dəyirmi masa çərçivəsində “Azərxalça”nın yaradıcı direktoru Əsmər Abdullayeva, “ARCHKON” memarlıq bürosunun rəhbəri İlya Meytıs, Moskva Regional Sənayeçilər və Sahibkarlar Birliyinin idarə heyətinin üzvü, Moskvadakı “Monolit” Tekstil Birliyinin prezidenti Sergey Lukyanov və digərləri "Moskvada keçirilən sərgi tədbirlərində Azərbaycan xalçalarının populyarlaşması", "Azərbaycan xalça məmulatlarında at simvolunun rolu", "Azərbaycan xalçalarının sənət obyekti kimi populyarlaşdırılması təcrübəsi" mövzularının müzakirəsində iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |