Şrift:
Qazaxıstan da kiril əlifbasından imtina edir
17.12.2012 [11:13] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstan internet mediasının verdiyi məlumatına görə, bu barədə ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli tədbirdə çıxışı zamanı bildirib.
"Artıq indidən 2025-ci ildə latın qrafikasına keçid üzrə hazırlıq işlərinə başlamaq lazımdır", - deyə Nazarbayev vurğulayıb.
Onun fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin qazax dilini müasir informasiya dilinə çevirəcək.
Nazarbayevin bu çıxışı Rusiya politoloqlarını xüsusi ilə qıcıqlandırıb.
20 ildir kiril əlifbasının Qazaxıstana daha çox lazımolduğunu düşünən Nazarbayevin, Baykonur kosmodromunu Rusiyaya icarəyə verməkdən imtina etdikdən sonra əlifba məsələsinin ortaya atılması Astananın Moskva ilə ilgiləri yavaş-yavaş qopardığından xəbər verir.
Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed