Şrift:
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5 faiz artıb
20.09.2021 [13:50] - Xəbərlər, İqtisadiyyat
2021-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4 milyard 777,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 663,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,7 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 471,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 33,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed