22.09.2021 [14:00] - Gündəm, Mədəniyyət
Lvovda Ukraynanın əsas mədəniyyət festivalı olan 28-ci Beynəlxalq Kitab Forumu (BookForum) keçirilib. Forum bu il Ukrayna Mədəniyyət Fondunun, Lvov Şəhər Şurasının və Lvov Vilayəti Dövlət Administrasiyasının dəstəyi ilə təşkil olunub.
Bu il BookForum çərçivəsində Azərbaycan ədəbiyyatına həsr olunan iki tədbir də keçirilib. Tədbirlərin kuratoru Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Ukraynadakı layihələrinin məsul katibi Marina Qonçaruk olub. Birinci tədbir “Ukrayna-Azərbaycan ədəbi prosesi və onun inkişafında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rolu” mövzusuna, ikincisi isə Mərkəzin bu il Ukraynada həyata keçirilən layihələrinin – dahi mütəfəkkir və şair Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının və istedadlı müasir Azərbaycan şairəsi Leyla Əliyevanın “Світ тане, як сон” (“Dünya yuxutək əriyir”) adlı kitabının təqdimatına həsr olunub.
Birinci tədbir çərçivəsində qonaqlar müasir Ukrayna-Azərbaycan ədəbi prosesinin tendensiyaları və xüsusiyyətləri, ən əlamətdar layihələr, Azərbaycanda Ukrayna ədəbiyyatının və Ukraynada Azərbaycan ədəbiyyatının tərcüməçiləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Ukraynadakı fəaliyyəti barədə Marina Qonçarukun mühazirəsindən məlumatlanıblar.
Kitab Forumunun qonaqlarına ikinci tədbir çərçivəsində Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və onun “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilib. Həmçinin bu yaxınlarda Ukraynada çapdan çıxmış “Світ тане, як сон” (“Dünya yuxutək əriyir”) adlı kitabı ilə təqdim olunan istedadlı müasir Azərbaycan şairəsi Leyla Əliyevanın yaradıcılığından söhbət açılıb.
Marina Qonçaruk deyib: “Artıq uzun illər ölkəmizdə ədəbi proseslərin tendensiyalarının formalaşmasına öz təsirini göstərən Ukraynanın əsas mədəniyyət festivalının qonaqları tərəfindən Azərbaycan ədəbiyyatına olan maraq məni çox sevindirdi. Tədbirin təşkilində əllərindən gələn köməyi göstərən Lvov Beynəlxalq Kitab Forumunun gözəl və istedadlı komandasına, xüsusilə proqram direktoru Sofiya Çelyaka minnətdarlığımı bildirirəm. Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu forumda ilk dəfədir iştirak edir. Çox mühümdür ki, Mərkəzin layihələri təkcə Kiyevdə deyil, eləcə də ölkənin iri mədəniyyət və ədəbiyyat festivallarında təqdim olunur. Bu isə Ukraynada geniş oxucu auditoriyasının Azərbaycan ədəbiyyatı ilə tanış olmasına şərait yaradır”.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |