Şrift:
Batumi şəhərinin küçələri sel suları altında qalıb
22.09.2021 [14:07] - Gündəm, Hadisə
Güclü leysan yağışları Gürcüstanın Qərb bölgəsində, xüsusən də Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaradıb.

Batumi şəhərinin əksər küçələri sel suları altında qalıb. Əksər evlərin birinci mərtəbələrinə, zirzəmilərə, sosial obyektlərə su dolub.

Güclü yağışlar Xelvaçauri bölgəsinə də ciddi ziyan vurub. Mejinistskali çayının məcrasından çıxması nəticəsində ətraf ərazilər su altında qalıb. Ərazidə torpaq sürüşməsi baş verib, yollar bağlanıb, kənd təsərrüfatı və əkin sahələri sel suları altında qalıb.

Bəzi bölgələrə elektrik enerjisinin və təbii qazın verilməsində problemlər yaranıb. Ayrı-ayrı ərazilərdə güclü külək evlərin dam örtüyünü qoparıb.

Hazırda hökumət rəsmiləri təbii fəlakət bölgələrində vəziyyəti qiymətləndirirlər.
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed