22.09.2021 [14:22] - Gündəm, Sosial
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Mərakeşdə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ilə görüşüb.
Təşkilatın baş ofisindən bildiriblər ki, görüşdə Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət” konsepsiyası haqqında təqdimatla çıxış edib.
ICESCO-nun baş direktoru xidmətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 4-cü sənaye inqilabı dövründə “ağıllı xidmətlərin” tətbiqi böyük əhəmiyyətə malikdir və təşkilata üzv ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməlidirlər. Salim Əl-Malik, öz növbəsində, ICESCO-nun süni intellektin tətbiqi və yüksək texnologiyalar sahələrində həyata keçirdiyi proqram və layihələrdən bəhs edib.

Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |