23.09.2021 [09:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bütün hallarda dialoqun alternativi yoxdur
Prezident İlham Əliyevin zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərindən biri də ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulması, siyasi partiyalarla işin yenidən təşkil edilməsidir.
Sentyabrın 21-də Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda keçirilmiş videokonfransda şıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq, bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirildiyini və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atıldığını bildirib.
Qeyd edək ki, fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edilir və sentyabrın 9-da keçirilmiş sonuncu belə görüşdə 45 siyasi partiya iştirak edib. Bəs ölkədə fəaliyyət göstərən siyasi partiya sədrləri yeni iqtidar-müxalifət dialoqu mühitini necə qiymətləndirirlər?
Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin fikrincə, dialoq mühiti çox mühümdür və həm ölkənin daxili birliyi, həm xaricdən təsirlərin qarşısını almaq, həm də islahatların gedişi baxımından çox əhəmiyyətli məsələdir: “Ümumiyyətlə, dialoq siyasi islahatların zəncir həlqələrindən biridir. Hesab edirəm ki, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandıqdan sonra Prezident tərəfindən Ədalət Vəliyevin şöbə müdiri təyin olunması çox uğurlu bir təyinat oldu və bundan sonra partiyalarla görüşlər keçirildi. Bu elə bir zamana təsadüf etdi ki, həm Tovuz hadisələri zamanı ölkə siyasi palitrası ortaq mövqe nümayiş etdirdi, həm də müharibə zamanı çox ciddi bəyanatlarla çıxış edə bildi. Postmüharibə dövründə, yəni indi də buna çox böyük ehtiyac var. Çünki münaqişə bitsə də proseslər bitməyib, bizə qarşı bəzi xarici dövlətlər və onların əlaltıları tərəfindən müəyyən təzyiq cəhdləri var. Belə dönəmdə daxili güclərin toparlanması həddindən artıq vacib məsələdir.”
F.Quliyevin sözlərinə görə, bütün hallarda dialoqun alternativi yoxdur: “Bu, sosial bir sifarişdir. İndiki dönəmdə yeni baxışlar sistemində milli məsələlər ətrafında birliyin nümayiş olunması gücümüzə güc qatır və bütün dünya da bizimlə hesablaşır. Heç təsadüfi deyil ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə görə dünya bizi ilin ən güclü, ən döyüşkən xalqı kimi tanıdı. Əgər, arxa cəbhədə bu milli birlik olmasa, ön cəbhədə əsgərimizin gözü arxada qalar, düşünər ki, arxada “yorğan davası” gedir. Ona görə də bu, hərbi baxımdan da çox ciddi və vacib məsələdir. Gələcəkdə də siyasi islahatların aparılması, dövlətin, ölkəmizin yeni bir ab-havayla irəli getməsi üçün bu, çox mühümdür və hesab edirəm, oturuşmuş bir sistem yaranıb.”

Mahir Rəsuloğlu, “İki sahil”
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |