Şrift:
İtaliyada azyaşlıların istismarı görüntülərini internetdə yayan dəstə üzvləri saxlanılıb
23.09.2021 [10:19] - Gündəm, Hüquq
İtaliyada azyaşlıların istismarı görüntülərini internet üzərindən yaymaqda şübhəli bilinən dəstə üzvlərinə qarşı keçirilən əməliyyatda 13 nəfər istintaqa cəlb olunub, 21 nəfərə isə cinayət ittihamı irəli sürülüb.

Ölkənin bir çox yerində keçirilən əməliyyatlarda saxlanılanlar arasında əcnəbilərlə yanaşı, İtaliya vətəndaşları da var. Şübhəlilər azyaşlılar və körpələr də daxil olmaqla uşaqlara qarşı cinsi istismarla bağlı foto və videoların yayılmasında ittiham olunurlar.

Palermo Prokurorluğunun apardığı və təxminən il yarımdır davam edən istintaqda şübhəlilərin internetdə uşaqların cinsi istismarına dair foto və videoları paylaşdıqları müəyyən edilib.

Təhlükəsizlik qüvvələri internetdəki onlayn söhbət qruplarına sızaraq sübutlar toplayıb. İstintaqın sonunda təxminən 250 min fayl ələ keçirilib.

Hazırda həmin uşaqların tanınması və qorunması üçün işlər aparılır.

Yerli mətbuatın məlumatına görə, cinayət görüntüləri olan fayllar şübhəlilərin evlərindəki dərman qutularının içərisində gizlədilən yaddaş kartlarında aşkarlanıb. Şübhəlilər biri polis olmaqla müxtəlif yaş qruplarındandır.
Bu xəbər oxucular tərəfindən 13620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed