Şrift:
Daşkənddə keçirilən sərgidə Azərbaycanın gənc sahibkarları da iştirak edib
23.09.2021 [10:34] - Gündəm, Sosial
Türk Şurasının üzvü olan ölkələrin gənclər və idman nazirlərinin Daşkənddə keçirilən 5-ci iclası çərçivəsində baş tutan Gənc Sahibkarların I Forumunda sahibkarların sərgisi də təşkil olunub.

Sərgiyə Azərbaycan nümayəndə heyətinin tərkibində qida sənayesi, kənd təsərrüfatı, yüngül sənaye, memarlıq, turizm və digər sahələri əhatə edən14 gənc sahibkar qatılıb, onlar öz məhsullarını nümayiş etdiriblər.

Xatırladırıq ki, Türk Şurasının üzvü olan ölkələrin gənclər və idman nazirlərinin Daşkənddə keçirilən 5-ci iclasında və bu tədbir çərçivəsində baş tutan Gənc Sahibkarların I Forumunda Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed