17.12.2012 [14:25] - Güney Azərbaycan xəbərləri
12 dekabr 1945-ci ildə qurulan və 12 dekabr 1946-cı ildə İran dövləti tərəfindən süquta uğradılan Azərbaycan Cümhuriyyətinin quruluş günü münasibətilə İstanbulda toplantı keçirilib.
Azərbaycan Mədəniyyət Evi tərəfindən təşkil edilən toplantının açılışında çıxış edən İstanbuldakı Azərbaycan dərnəyinin başqanı Hikmət Əlp deyib ki, bu gün Azərbaycan bir neçə yerə parçalanıb, onun torpaqlarının önəmli qismi İranda və Ermənistanda qalıb.
Konfransda çıxış edən Kırıklareli Universitetinin müəllimi Gülarə Yenisey Güney Azərbaycan milli hərəkatının tarixi mərhələləri və 1945-ci ildə qurulan milli hökumətin fəaliyyəti barədə dinləyicilərə məlumat verib. Cənubi Azərbaycanlı tədqiqatçı Əli Saray isə Qərb imperializminin fars şovinizmi ilə əməkdaşlığı barədə danışıb. Əli Saray Güney Azərbaycandakı milli şüurun inkişafında Quzey Azərbaycanın roluna xüsusi yer ayırıb.

Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |