Şrift:
Əhmədinejad “İnqilab keşikçilərindən” yardım istədi
18.12.2012 [10:35] - Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejat ölkənin üzləşdiyi iqtisadi problemlərdən çıxış yolu axtarır. Bu məqsədlə o, İnqilab Keşikçiləri Korpusunun nümayəndələrinə müraciət edərək onlardan maliyyə yardımı istəyib.
İrana tətbiq edilən sanksiyalardan sonra gərginləşib. Buna görə də ölkə əhalisinin əksəriyyəti prezidenti ittiham edərək onun yürütdüyü siyasətin İranı ağır vəziyyətlə üz-üzə qoyduğunu vurğulayır.

Belə bir vəziyyətdə Əhmədinejadın İslam İnqilabı Keşikçiləri Korpusundan maliyyə yardımı istəməsi təsadüfi deyil. Bu korpus İranda ən varlı qurumlardan biri hesab edilir. Korpusa məxsus külli miqdarda daşınmaz əmlak, torpaq sahələri var. Korpus həmçinin, dəniz nəqliyyatında, rabitə və neft-qaz sənayesində böyük paya malikdir.

Prezidentin belə bir müraciəti ölkədə iqtisadi durumun doğrudan da ağır olduğunu göstərir.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed