Şrift:
Milli Dirçəliş Hərəkatı 27 sentyabr anım günü münasibəti ilə müraciət etdi
24.09.2021 [13:17] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatının 27 sentyabr anım günü münasibətilə beynəlxalq təşkilatlara və Azərbaycandakı səfirliklərə müraciəti etdi

Çar Rusiyası zamanı ermənilər 200 illik bir zaman kəsiyində əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan bəri xarici güclər onlardan öz siyasətləri üçün maşa kimi istifadə etmişlər. Azərbaycanın qərb torpaqlarında bu dönəmdə yaradılan Ermənistan da ağalarına “maşa”lığı müqabilində bu güclərin dəstəyi ilə Türkiyənin və Azərbaycanın ərazilərinə mütəmadi iddialarla çıxış etmişdir. Ermənistanın bu siyasəti bu günə qədər davam edir. Keçən əsrin sonlarında Azərbaycanın Qarabağ ərazisinin dağlıq hissəsində yaşayan erməni əsilli azərbaycanlılar adından Ermənistan və ağaları separatçılıq hərəkatı görüntüsü yaradaraq ,sonra açıq şəkildə Azərbaycanın həm dağlıq, həm aran hissəsini işğal etmişlər.
Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Azərbaycan ATƏM-ə (indiki ATƏT) müraciət edərək Ermənistanın işğalına son qoyması üçün öhdəliklərinə uygun olaraq tədbirlər görməyə çağırmışdır.
Təəssüf ki, ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.
BMT Təhlükəsizlik Şurasının da Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır;

Cəzasızlıqdan ruhlanan Ermənistan “yeni müharibə, yeni torpaqlar” iddiası ilə 2020-ci il 27 sentyabr tarixində, Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Azərbaycan cavab tədbirləri görərək Ermənistanın növbəti hücumunun qarşısını almış və Ermənistan işğalçı ordularını 44 günlük döyüş əməliyyatları ilə Azərbaycanın BMT tərəfindən tanınan ərazilərindən qovmuşdur. Azərbaycan bu əməliyyatlarla BMT-nin 27 il icra edilməyən 4 qətnaməsini təkbaşına icra etmişdir.
Gözləntimiz :-BMT və böyük güclərin, xüsusilə missiyası hərəkətsizliyi ucbatından nəticəsiz qalmış ATƏT-in Minsk qrupu üzvlərinin müharibə vaxtı borcları olaraq Azərbaycana dəstək verməsi idi;
- Post müharibə dövründə də BMT və bu güclər 4 qətnamənin həyata keçirilməsi zamanı çəkilən xərcləri Azərbaycana ödəməli, dağıdılmış ərazilərin bərpası üçün vəsait ayırmalı idi;
- Dünyada pis bir pressedentin ayaq tutmaması üçün Ermənistana təzminat ödətməli idi.(İrakın bu günə qədər Küveytə təzminat ödəməsi örnəyi var) Çünki Ermənistan Azərbaycanın bütün yaşayış məntəqələrini dağıtmış,işğal dövründə bütün binaları sökmüş və yeraltı, yerüstü sərvətləri talamışdır;
- Ermənistan silahsızlaşdırılmalı idi(Yaponiya, Almaniya örnəyi var);
- Törədilmiş cinayətlərə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verməsi üçün BMT və digər beynəlxalq təşkilatların, bir vaxt mövcud olmuş ATƏT-in Minsk qrupu həmsədrlərinin səy göstərəcəyini düşünürdük.
Çünki, Ermənistan dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuş, işğal etdikləri ərazilərimizə yüz minlərlə mina basdırmış və mina xəritələrini isə vermirlər.
Təəssüf ki, seleksiya siyasəti yenə də yürüdülür, Ermənistan haqqında heç bir tədbir görülmür. Əvəzində Azərbaycana qarşı qərəzli münasibət davam edir.
Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı yuxarıda göstərilənlərə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır. 27 sentyabr tarixi Azərbaycanın təkcə haqlı olduğun yox, həm də güclü olduğunu göstərdi. Biz bütün hallarda haqqımızı qoruyacağıq. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatları da ədalətli mövqe tutmağa çağırırıq.

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti.


Address of the National Revival Movement Party to international organizations and embassies in Azerbaijan on the occasion of September 27 Memorial Day. During the 200 years of Tsarist Russia, when the ancient Azerbaijani lands were moved to Karabakh by Armenians, foreign powers used them as a tongs for their policiesWith the support of the forces, he made regular claims to the territories of Turkey and Azerbaijan. This policy of Armenia continues to this day. .At the end of the last century, on behalf of the Azerbaijanis of Armenian descent living in the mountainous part of Azerbaijan's Karabakh territory, Armenia and its masters created the image of a separatist movement, and then openly occupied both the mountainous and lowland parts of Azerbaijan. Azerbaijan has demonstrated its commitment to international law and sought to resolve the conflict through negotiations. Azerbaijan appealed to the CSCE (now the OSCE) to take measures in accordance with its commitments to end the occupation of Armenia. Unfortunately, during the 29 years of the CSCE (now the OSCE) Minsk Group, it has tried to freeze rather than resolve the issue, and thus the negotiations over the years have been fruitless. Four UN Security Council 8resolutions calling for the immediate withdrawal of Armenian forces from the occupied territories of Azerbaijan remained on paper for 27 years and have not been implemented; Inspired by impunity, Armenia fired heavily on Azerbaijani settlements and battlefields on September 27, 2020, claiming a "new war, new lands." .Azerbaijan took retaliatory measures to prevent another Armenian attack and expelled the Armenian occupying forces from the UN-recognized territories of Azerbaijan with 44 days of combat operations. .With these operations, Azerbaijan has alone implemented four UN resolutions that have not been implemented for 27 years. Our expectations were: - The support of Azerbaijan by the UN and the major powers, especially the members of the OSCE Minsk Group, whose mission was ineffective due to inaction, as wartime debts; - Even during the post-war period, the UN and these forces had to pay the expenses incurred during the implementation of 4 resolutions to Azerbaijan, to allocate funds for the restoration of the destroyed territories; - Armenia had to pay compensation to prevent a bad precedent in the world. (.There is an example of Iraq still paying compensation to Kuwait) Because Armenia destroyed all the settlements of Azerbaijan, demolished all the buildings during the occupation and looted the underground and surface resources; -Armenia had to be disarmed (there is an example of Japan, Germany); - We thought that the UN and other international organizations, the co-chairs of the former Minsk Group, would make efforts to bring Armenia to justice at the international level for the crimes committed. Because Armenia has committed war crimes by targeting civilians. .Azerbaijani cities have been hit by ballistic missiles, phosphorus and cluster bombs, planted hundreds of thousands of mines in the occupied territories, and do not provide mine maps. Unfortunately, the selection policy is still pursued, no action is taken against Armenia. Instead, bias against Azerbaijan continues. The world community and international organizations should condemn Armenia for the above, and official Yerevan should be held legally responsible. September 27 showed that Azerbaijan is not only right, but also strong. We will defend our rights in all cases. .We call on the world community and international organizations to take a fair position Chief of the National Revival Movement Party Faraj Guliyev
Bu xəbər oxucular tərəfindən 3249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed