27.09.2021 [08:35] - Xəbərlər, Sosial
İordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və “Nayrouz” informasiya agentliyi, həmçinin İraqın “Əfkar Hürə” qəzeti azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq” sərlövhəli məqaləsini yayıb.
Məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur. Regional aktorlar olan qonşular - Türkiyə, Rusiya və İranla, habelə möhkəm iqtisadi əməkdaşlıq qurulmuş Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq əlaqələri mövcuddur. Yalnız işğalçı siyasət aparan Ermənistanla bu əlaqələr yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu müdrik siyasi kursu öz müsbət nəticələrini verir. Eyni zamanda, Qərblə də konstruktiv əməkdaşlıq xarici siyasətin əsas istiqamətlərindən biridir.
Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra Çinin ölkəmizə marağı daha da artıb. Rəsmi Pekin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni bir logistika mərkəzi kimi dəyərləndirir.
Müəllif bütün bu amilləri nəzərə alaraq yazır ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması nəinki regional, habelə beynəlxalq miqyasda əməkdaşlığın güclənməsinə təkan verəcək.

Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |