18.12.2012 [10:55] - Güney Azərbaycan xəbərləri
İran İslam inqilabının lideri, ayətullah Ruhullah Xomeyninin nəvəsi Naimə Əşrahi müxalif fikirləri səbəbindən həbs olunmaqdan qorxduğunu bəyan edib.
“Facebook” səhifəsində mərhum babası ilə birlikdə çəkilmiş fotoşəkillərini yayan N.Əşrahi deyib: “Bir gün qapımın döyüləcəyindən narahatam. Lakin bu cür narahatlıq yaşayan təkcə mən deyiləm. Əslində bu mümkündür. Çünki həbsdə yatan digər düşüncə günahkarlarından heç bir fərqim olmayacaq”.
Ayətullah Xomeyninin nəvəsi həmçinin Qərb ölkələrinin mübahisəli nüvə proqramı səbəbindən İrana tətbiq etdiyi sanksiyaların ölkə rəhbərliyindəki şəxslərə təsir göstərmədiyini, ən böyük zərəri xalqın gördüyünü də bildirib. N.Əşrahi səsləndirdiyi fikirlərin ailəsi tərəfindən qəbul edildiyini də vurğulayıb: “Tanınmış bir ailəyə mənsub olmaqla müstəqil bir şəxsiyyətə sahib olmaq arasındakı tarazlığı hər zaman qoruduq”.

Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |