28.09.2021 [11:53] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “McDonald’s Azərbaycan” arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
UNEC-in rektoru professor Ədalət Muradov və “McDonald’s Azərbaycan”ın Baş direktoru Oskar Boqopolskiy tərəfindən imzalanan memorandumda təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məsələləri öz əksini tapıb.
Sənədə əsasən, şirkət tərəfindən tələbələr üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsinin aparılması, istehsalat və könüllü təcrübə proqramlarının təşkili, təhsilalanların təhsil xərclərinin ödənilməsi, eləcə də spesifik sertifikasiya xərclərinə sponsorluq edilməsi kimi bir sıra məsələlər nəzərdə tutulub. Həmçinin həyata keçiriləcək layihələrə birgə dəstəyin verilməsi, tələbələrin ixtisas təcrübəsinin artırılması, informativ ekskursiyaların, müsabiqələrin təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, memorandumu UNEC-lə “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlığın başlanğıcı da hesab etmək olar. Tərəflər memorandum çərçivəsində gələcəkdə əməkdaşlıqlarını daha da inkişaf etdirməyi, müxtəlif sahələrlə bağlı birgə tədbirlər, layihələr həyata keçirməyi planlaşdırırlar.
Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, təhsil müəssisələri ilə ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin genişlənmsinə də töhfə verəcək.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |