18.12.2012 [11:19] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin İran parlamentindəki deputatı Dr. Müəyyid Hüseyni Sədr Xoy və Türkiyənin Konya şəhəri arasında əlaqələrin genişlənməsini istəyib. İki şəhəri bir-birinə bağlayan səkkiz əsir öncə Xoyda torpağa tapşırılan tanınmış sufi alim və şair Şəms Təbrizi və onun Konyada yatan şagirdi Cəlaləddin Rumi-dir.
İran xəbər agentliklərinin yazdığına görə, deputat Hüseyni Sədr əsasən İran və Türkiyə arasında mədəni əlaqələrin dərinləşdirilməsinin zərurətindən danışıb. O həmçinin Xoy və Van şəhərləri arasındakı Kapıköy-Razi sərhəd qapısının yenidən açılması ilə əlaqələrin genişlənməsinə ümid etdiyini bildirib. Konyanın Mövlanə müzeyinin sədr müavini Dr. Naci Bakırcı isə Xoy şəhərinin zəngin bir mədəni keçmişə sahib olduğuna inandığını deyib. O əlavə edib ki, bir il öncə Konyada keçirilən Xoy şəhərini tanıtma konfransı və Xoyda keçirilən Cəlaləddin Rumi seminarı bu iki şəhər əlaqələrində yeni bir başlanğıc olub.
Tarixi qaynaqlara görə, Xoyda Şəms Təbrizi türbəsi yanında yerləşən vəhşi qoç boynuzları ilə bəzədilən minarə Səfəvilər dövründə Şah İsmayılın əmri ilə tikilib.
İranda Azərbaycan veb səhifələri Xoy və Azərbaycanın başqa bölgələrinin turizm potensialına yetərincə diqqət göstərilmədiyini yazırlar. Bu səhifələrin yazdığına görə, Konya şəhəri ildə 10 minlərlə Rumi və Şəms Təbrizi heyranlarını qarşılayır, Xoyda isə Şəms Təbrizi türbəsində səssizlikdir.

Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |