Şrift:
Azərbaycan Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı
31.10.2011 [16:08] - Mədəniyyət
Qurultayın gələnin I yarısında keçiriləcəyi gözlənilir

Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu il keçirilməsi nəzərdə tutulan qurultayı gələn ilə qalıb. Bu barədə AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. O deyib ki, AYB-nin qurultayı gələn ilin I yarısında - may ayına kimi keçiriləcək. O vaxta qədər qurultaya hazırlıq işləri tam başa çatdırılacaq, AYB-nin filiallarında görüşlər keçiriləcək və qurultaya nümayəndələr seçiləcək.

Qurultay sədri seçəcək, sədr isə katibləri təyin edəcək. Qurultayda ötən qurultaydan bəri ədəbi mühitdə baş verən dəyişikliklər də müzakirə olunacaq.

Qeyd edək ki, AYB-nin axırıncı qurultayı 2004-cü ildə may ayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.
Bu xəbər oxucular tərəfindən 1445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed