30.09.2021 [19:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Prinsip etibarı ilə bu məsələlərdə Türkiyənin yaxşı çıxarlarla oradan qayıtdığını düşünürəm”
Bir sıra Rusiya KİV-i Suriyanın hərbi dairələrindəki mənbələrə istinadən Türk ordusunun Suriyanın İdlib əyalətinin cənub hissəsindən şimala çəkildiyini bildirir. Bu, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğanın Soçidəki görüşündən sonra baş verir.
Bildirilir ki, artıq Türkiyə tankları və digər zirehli texnika İdlibin bir hissəsini tərk edib. Hərbi hissələrin hərəkəti M4 avtomobil yolu ilə izlənir. Eyni zamanda, türk ordusu yolun üzərində nəzarəti əlində saxlayır. Məlumata görə, Ərdoğanın Rusiyaya səfəri zamanı, Rusiya Aviakosmik Qüvvələrinin aviasiyası İdlibdə iki həftəyə yaxın bombardman etdiyi mövqeləri bir günlük atəşə tutmayıb. Putinlə Ərdoğan arasında danışıqlarda tərəflər əməkdaşlıq məsələlərini, həmçinin Suriya, Liviya və Azərbaycandakı vəziyyəti müzakirə edib. Hər iki lider ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşün jurnalistlərə açıq bir neçə dəqiqəlik hissəsində Ərdoğanla Putin qarşılıqlı olaraq protokol nitqləri ilə çıxış edib. “Ərdoğanla görüşlərimiz heç vaxt problemsiz keçmir, amma müvafiq strukturlarımız öz aralarında anlaşma əldə edə bilir”, - Putin bildirib.
O qeyd edib ki, Türkiyənin Rusiyaya qoyduğu yatırımlar 1.5 milyard dollara, Rusiyanın Türkiyəyə qoyduğu yatırımlar isə 6.5 milyard dollara çatıb. Putinin sözlərinə görə, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər. O, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını deyib. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır.
Göründüyü kimi, Putin Türkiyənin Qarabağdakı rolunu yüksək dəyərləndirib. Bunun fonunda da Türkiyənin İdlibdə güzəştə getdiyi bildirilirsə, ola bilərmi ki, Türkiyə Qarabağla bağlı Rusiyadan hansısa güzəştləri əldə edib?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mümkündür, ancaq daha dəqiq qənaəti baş verən hadisələrdən sonra ifadə etmək olacaq: “Çünki tərəflər ətraflı açıqlama vermədilər, yalnız protokol xarakterli çıxış etdilər. Eyni zamanda, heyətlər arası görüş olmadı. Görüşdə Türkiyə tərəfdən yalnız Milli İstihparat Təşkilatının rəhbəri iştirak edirdi. Bunun özü də maraqlı detaldır. Görünən yox, bundan sonra baş verən hadisələrlə bağlı dəqiq qənaətimiz formalaşacaq. Türkiyənin Qarabağdakı fəlaiyyəti ilə bağlı görüşdən əvvəl Rusiya tərəfdən səslənən fikirlər, Ərdoğanın öz Tvitter hesabında görüşün nəticələrindən razılıq ifadə etməsi göstərir ki, Türkiyənin hardasa güzəşt etməsi boşuna olmayacaq. Hətta belə fikir var ki, bu addımlar Rusiyanın Kipr məsləsində fərqli mövqe tutması ilə nəticələnəcək. Krım məsələsi ilə bağlı da çoxlu versiyalar səslənir. Qarabağ məsləsində isə Rusiya artıq Türkiyənin söz sahibi olması ilə razılaşır. Əvvəlki anlaşmada Türkiyənin rolu ilə bağlı belə ifadələr səslənmirdi. Bunlar görünən tərəflərdi. Prinsip etibarı ilə bu məsələlərdə Türkiyənin yaxşı çıxarlarla oradan qayıtdığını düşünürəm. Çünki Türkiyənin görüşdən əvvəlki jestləri də normal idi. Ərdoğan deyirdi ki, Baydenlə görüş alınmadı, Putinlə görüşə gedir. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqazdakı bir çox məsələlərdə Rusiyanın Türkiyəyə ciddi güzəştlərə gedəcəyini gözləmək olar”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |