Şrift:
UEFA Konfrans Liqası: “Omoniya” - “Qarabağ” matçında Ağdam təmsilçiləri üçüncü qolu rəqibin qapısından keçiriblər
01.10.2021 [09:45] - Gündəm, İdman
UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda “Omoniya” - “Qarabağ” matçında ikinci hissəsində Ağdam təmsilçiləri üçüncü qolu rəqibin qapısından keçiriblər.

Görüşdə hesabı Kipr təmsilçisinin futbolçusu Yan Letsyaks açıb. Lakin Ağdam klubunun heyətində Kadi Borges hesabı bərabərləşdirib. Görüşün 73-cü dəqiqəsində Ramil Şeydayev komandamızı hesabda irəli çıxarıb. Qarşılaşmanın 79-cu dəqiqəsində "Qarabağ" klubunun kapitanı Maksim Medvedev onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının üçüncü topunu vurub.

Nikosiyada keçirilən oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes, İbrahim Vadji, Tura Bayramov, Abbas Hüseynov və Kevin Medina meydana çıxıb.

“Omoniya” klubunun ilk onbirliyində isə Fabiano, Paris Psaltis, Fotis Papulis, Tomaş Quboçan, Jordi Qomes, Yan Letsyaks, Fuad Bəşiru, Takis Zaxariu, Marinos Tsioni, Adam Lanq və Andronikos Kakulli yer alıblar.

“Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası “Kayrat”ı qəbul edir.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed