01.10.2021 [10:48] - Xəbərlər, Sosial
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 103 illiyi və 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür.
Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.
Azərbaycan Prokurorluğunun inkişaf yoluna nəzər salır.
Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiqlənib. F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar.
Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəni bürümüş daxili çəkişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilib, təqsirkar şəxslər layiqli cəzalarını alıblar. Həmin dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınıb. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənib.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu müəyyənləşdirib. Bu statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar qəbul olunub, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiqlənib. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Ümummilli Liderin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq bəhrəsini verib. Prezident İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək deyib: “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.
Dövlətimizin başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər uğurla davam etdirilir.
Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.
Dövlətimizin başçısının yeni dövrün çağırışlarından irəli gələrək reallaşdırdığı hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında həyata keçirilən mütərəqqi kompleks tədbirlər, məhkəmə-hüquq sisteminin yenilənməsi prosesi prokurorluq orqanlarını da əhatə edib, bu sahədə fəaliyyətin yeni dövrün tələblərinə uyğun təşkilinin, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyini ortaya qoyub. Bu istiqamətdə xüsusilə ötən ildən başlayaraq, reallaşdırılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Prokurorluğunda əsaslı institusional və kadr islahatları həyata keçirilib, bir sıra mütərəqqi addımlar atılıb. Belə ki, dövlətimizin başçısının prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12-də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiqlənib. Ötən müddətdə bu istiqamətində səmərəli tədbirlər həyata keçirilib, sürətli yeniləşmə prosesi aparılıb. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb.
Həmçinin prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaq.
Həmçinin cari il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışı dövlətimizin başçısının prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə, infrastrukturunun yaxşılaşdırılmasına göstərdiyi ali diqqət və qayğının daha bir göstəricisidir.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən parlaq Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində prokurorluq orqanları da üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Müharibə dövründə Ermənistanın mülki əhalimizə və mülki infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatların nəticələri prokurorluq əməkdaşları tərəfindən müharibə şəraitində mümkün olduğu dərəcədə rəsmiləşdirilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq keyfiyyətli istintaqın aparılması təmin edilib. Xüsusilə müharibə dövründə Azərbaycan Respublikasının Baş prokuroru Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn humanitar norma və prinsiplərini, müharibə qanunlarını kobud şəkildə pozaraq mülki əhalimizə qarşı törətdiyi qanlı cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Azərbaycan Prokurorluğunun Vətən müharibəsi dövründə fədakar əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyev ötən il dekabrın 31-də xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə prokurorluğun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 nəfər “Vətən uğrunda”, 3 nəfər “Tərəqqi”, 15 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.
Dövlətimizin başçısının prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 30-da imzaladığı Sərəncamla isə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Azərbaycan prokurorluğu çətin və şərəfli xidməti Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə də uğurla davam etdirir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə yeni – Ağdam, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradılıb. Həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərinə köçürülməsi və yeni yaradılmış prokurorluqlar üçün lazım olan bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrin təmin edilməsi məqsədilə tədbirlər görülüb.
Azərbaycan Prokurorluğunun 103 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Qələbə əhval ruhiyyəsi ilə prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar. Hər bir vətəndaşımız əminliklə inanır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da öz fəaliyyətini Prezident İlham Əliyevin müasir tələbləri səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə sərf edəcək.

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |