Şrift:
İranda “Möhtəşəm yüz il“ serialına görə bir qrup şəxs tutuqlanıb
18.12.2012 [12:07] - Gündəm, Güney Azərbaycan xəbərləri
İranda "Möhtəşəm yüz il" serialını fars dilinə dublyaj edən bir qrup şəxs qanunsuz fəaliyyətlərinə görə həbs olunub.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata əsasən, "Möhtəşəm yüz il" serialı Tehranda yerləşən studiyaların birində İrana qarşı proqramlar yayımlayan peyk kanalı üçün dublyaj olunurmuş. Həbs olunan şəxslər arasında serialın dublyajında iştirak etmiş ölkənin televiziya və radio təşkilatında çalışan tanınmış aktyorlar da var.
Məlumatda həbs olunanların dəqiq sayı göstərilmir.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed