18.12.2012 [12:19] - Xəbərlər, Bildiriş
Respublika yol polisi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, qarlı-şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, rayonlara gedən yollar açıqdır.
Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 133-136-cı kilometrliyində (Ağsu aşırımı) buzlaşma olduğundan, həmin əraziyə qum səpilib.
İdarə rəisi təcrübəsi olmayan sürücülərə qarlı-şaxtalı günlərdə axşam və səhər saatlarında yola çıxmamağı tövsiyə edir.
Qeyd edək ki, dekabrın 17-də respublikada 16 yol qəzası qeydə alınıb, 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Qəzalardan 4-ü Bakıda (1 ölü, 4 yaralı) baş verib. Paytaxtda qeydə alınan qəzalardan 3-ü piyadaların vurulması olub və hər 3 piyada xəsarət alıb. Ötən gün ən ağır yol qəzası Abşeronda 153 saylı sərnişin avtobusunun aşması olub. Hadisə zamanı 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |