18.12.2012 [12:23] - Güney Azərbaycan xəbərləri
Yasağı İran parlamenti dekabrın 16-da qəbul edib. Bundan ötrü parlament seçki qanununu dəyişib. Dəyişikliklər layihəsinin lehinə 152, əleyhinə 22 millət vəkili səs verib, 11 millət vəkili isə bitərəf qalıb.
Layihəni qəbul edən millət vəkilləri bunu namizədlərin kiminsə lehinə və ya əleyhinə apardığı təbliğatın, işlətdikləri böhtan xarakterli (mahiyyətli) ifadələrin televiziya ilə canlı yayılmasının qarşısını almaq məqsədilə etdiklərini vurğulayıblar.
Parlamentin seçki qanununa etdiyi düzəlişə görə, prezidentliyə namizədlər arasındakı debatların lent yazısı nəzərdən keçirilməli və yalnız bundan sonra debat dövlət televiziyası ilə yayılmalıdır.
2009-cu ilin iyununda (june) İranda keçirilən prezident seçkisi ərəfəsində namizədlər arasında, o sıradan indiki prezident Mahmud Əhmədinejadla hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi arasında keçirilən debatın canlı yayılması cəmiyyətdə müəyyən təlatümə səbəb olmuşdu.

Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |