04.10.2021 [10:02] - Gündəm, İqtisadiyyat
Böyük Britaniya ilə Norveç arasında dünyanın ən uzun elektrik ötürücü xətti işə başlayıb.
2015-ci ildə tikintisinə başlanan, tamamilə bərpa olunan enerjidən əldə edilən elektrik enerjisini krallığa ötürəcək elektrik xətti 720 kilometr uzunluğundadır.
Bu xəttin 2030-cu ilə qədər hər il 23 milyon ton karbonmonoksit qazının buraxılmasının qarşısını alacağı bildirilib.
Britaniyanın “National Grid” enerji şirkəti və Norveçin enerji ötürmə operatoru “Statnett SF” ilə ortaq olaraq həyata keçirilən və təxminən 1,9 milyard avroya başa gələn layihənin 710 kilometrlik hissəsi dənizin altından keçir. Norveç və Britaniyanın enerji çevrilmə stansiyaları İsveçin texnologiya nəhəngi ABB tərəfindən inşa edilib.
İstifadəyə başladığı gündən 700 meqavat (MW) enerji təmin edən sistem 3 ay ərzində gücünü 1400 MV-a çatdıracaq. Sistem sayəsində krallıqdakı 1,4 milyon ailəyə yaşıl enerji veriləcək.

Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |