Şrift:
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərlə görüş keçirilib
06.10.2021 [09:44] - Gündəm, Sosial
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərlə qeyd edilib.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüş zamanı YAP rayon təşkilatının baş təlimatçısı Cavid İbişov, partiya fəalları Səfurə Hümbətova, Ələddin Alıyev, Xosrov Musayev və başqaları çıxış edərək ölkəmizdə təhsil sahəsindəki inkişafdan, müəllimlik peşəsinin müqəddəsliyindən, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin yetişdirilməsində müəllimlərin fədakar əməyindən söz açıblar.

Şəhid ailələrin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək minnətdarlıqlarını bildiriblər.

Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərə hədiyyələr verilib və birlikdə xatirə şəkli çəkdirilib.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed