Şrift:
ATƏT-in Novxanıda siyasi təşkilatların gəncləri ilə keçirdiyi tədbir bu gün başa çatır.
19.12.2012 [10:08] - Gündəm, Gənclik
ATƏT-in dünənki təlimində 3 sessiya keçirilmişdir:
Neqativ kompaniyalar, veb-sayt və sosial media münasibətləri-Beynəlxalq təcrübəyə dair təqdimat, praktiki tapşırıq,
Sosial mediadan istifadə zamanı təhlükəsizlik aspektləri,
Siyasi partiya işində sosial mediadan istifadə , 4 kiçik qrup işi.

İştirakçılara seçki öncəsi keçirilən kompaniyalardan məlumat verilmiş və bu mövzuda video çarxlar nümayiş olunmuşdur. Lakin MDHP üzvü Leyla Cahangirova bu video çarxlara münasibətinin yaxşı olmamasını bildirib. Çünki təqdim olunan video roliklər çox yadda qalan olsa da Azərbaycan türkünün milli dəyərlərinə zidd olub. Belə videolar Azərbaycanda namizədə uğur deyil xələl gətirə bilər deyə öz etirazını bildirmişdir və ATƏT-in nümayəndəsi Dorota Mirus bu videoların hamısının Azərbaycan üçün yararlı olmadığını mən bilirdim deyə bildirib.
Hər gün təlimdə kiçik qruplar şəklində praktik tapşırıqlar keçirilir. Bu tapşırıqlar bir yerə toplaşaraq fikir mübadiləsi və yazılı şəkildə olur. Bugün iştirakçılarımız təklif etmişlər ki, bu tapşırıqlar slayd şəklində hazırlansın-yəni daha praktik və modern olsun. Bu təklif Dorota Mitrus tərəfindən çox yaxşı qarşılanmış və onları alqışlamışdır. Verilən təklifdən digər qruplarda istifadə etmişdir.
Bu xəbər oxucular tərəfindən 1476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed