Şrift:
Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub
06.10.2021 [09:53] - Gündəm, Hərb
Aparılan təbliğat-təşviqat işləri nəticəsində daha üç PKK terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Anadolu Agentliyinə istinadla xəbər verir ki, araşdırma nəticəsində təslim olan terrorçuların 2014-2016-cı illərdə terror təşkilatlarına qoşulduqları, son dövrlər Suriya və İraqda fəaliyyət göstərdikləri məlum olub. Bildirilir ki, bununla cari ildə Türkiyə təhlükəsizlik qüvvələrinə könüllü olaraq təslim olan terrorçuların sayı 160-a çatıb.

Qeyd edək ki, Türkiyə hökuməti hazırda terrorizmə qarşı üç istiqamətdə mübarizə aparır: qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün güc tətbiqi, vətəndaşların köməyi ilə terrorçuların yerinin müəyyən edilməsi, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə maliyyə kanallarının kəsilməsi və təbliğat-təşviqat üsulu. Hər dörd üsul yetərincə nəticələr verməkdədir. Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, hazırda ölkə ərazisində cəmi 181 terrorçu qalıb.
Bu xəbər oxucular tərəfindən 3669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed