Şrift:
Azərbaycanla Gürcüstan arasında münasibətlər yalnız dərinləşə bilər – vitse-spiker
19.12.2012 [10:37] - Gündəm, Borçalı
Azərbaycanla Gürcüstan arasında münasibətlər dəyişə bilməz, onlar yalnız dərinləşə bilər. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze bildirib.
"Yaxın vaxtlarda Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana səfər edəcək və iki ölkənin münasibətlərini müzakirə edəcək", - Abaşidze deyib.
Onun sözlərinə görə, Gürcüstanın yeni hökuməti regional əlaqələrin bütün məsələlərini ciddi şəkildə öyrənir.
"Bizim üçün ən başlıcası Gürcüstan-Azərbaycan məsələləridir. Heydər Əliyev münasibətlərimizin təməlini elə qoyub ki, onları heç kim dağıda bilməz", - Abaşidze deyib.
Vitse-spiker çərşənbə günü Bakıda keçirilən GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak edir.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed