07.10.2021 [09:16] - Gündəm, İdman
Oktyabrın 6-da futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Yarımfinal mərhələsinin ilk oyununda İtaliya millisi İspaniya seçməsi ilə qarşılaşıb.
“San Siro” stadionunda baş tutan görüş İspaniya yığmasının qələbəsi ilə başa çatıb - 2:1.
Oyunun ilk dəqiqələrində irəli atılan İtaliya millisi rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.
Buna baxmayaraq hesabı İspaniya millisi açıb.
Matçın 17-ci dəqiqəsində Mikel Ayarsabalin cinah ötürməsindən sonra Ferran Torres müdafiəçiləri qabaqlayaraq topu rəqibin qapısından keçirib.
Qarşılaşmanın 42-ci dəqiqəsində İtaliya millisi azlıqda qalıb. Leonardo Bonuççi ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb.
Birinci hissənin əlavə olunmuş dəqiqəsində İspaniya millisi hesab arasındakı fərqi iki topa çatdırıb. Bu dəfə də Mikel Ayarsabal və Ferran Torres cütlüyü rəqibi meydanın mərkəzindən başlamağa məcbur edib.
Fasiləyə komandalar İspaniya millisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.
İkinci hissədə İtaliya millisinin baş məqşçisi Roberto Mançini məğlubiyyətdən qaçmaq üçün bir necə əvəzetmə edib. İspaniya seçməsi isə hesabı qorumaq üçün daha əks hücümlara bell bağlayırdı. Buna baxmayaraq İtaliya millisi oyunun başa çatmasına yeddi dəqiqə qalmış hesab arasındakı fərqi azalda bilib. Rəqibin künc zərbəsindən sonra əks hücumda yaxalayan "skuadra azzurra" Lorenso Pelleqrini sayəsində qollardan birin əvəzin çıxıb. Qalan dəqiqələrdə İtaliya millisi hesabı bərabərləşdirməyə cəhd eləsədə buna vaxtı çatmayıb. Beləliklə, İspaniya millisi İtaliya seçməsinin 37 oyunluq məğlubiyyətsiz seriyasına son qoyaraq finala vəsiqə qazanıb.
Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.
Oktyabrın 10-da isə 3-cü yer uğrunda və final oyunları keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |