07.10.2021 [09:54] - Gündəm, İqtisadiyyat
Yaponiyada benzinin qiyməti son üç ildə ən yüksək həddə çatıb.
Yaponiya Neft Məlumatları Mərkəzinə (NMM) istinadla xəbər verir ki, adi benzinin qiyməti bir litr üçün 160 yenə və ya 1 dollar 43 sentə çatıb. Qeyd edilir ki, bu, bir həftə əvvəlki qiymətdən təqribən 1,3 yen bahadır və artıq beş həftədir ki, benzinin qiyməti fasiləsiz olaraq artmaqda davam edir.
Bildirək ki, Yaponiyada xam neftin qiyməti avqustda ABŞ-ın cənubunda qasırğa baş verdikdən sonra artmağa başlayıb. Həmin ərazidə neft hasilatı üzrə çoxsaylı müəssisələr yerləşir.
NMM-in məlumatına görə, Rusiya kimi əsas hasilatçı ölkələr noyabrda hasilatın həcmini sabit saxlayacağı təqdirdə yaxın gələcəkdə sürücülər yüksək qiymətlərlə qarşılaşacaqlar. Avropa ölkələrinin qarşıdan gələn qış fəslinə hazırlıqla bağlı ehtiyat tədarük edəcəyi nəzərə alınarsa, problem daha da gərginləşə bilər.

Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |