Şrift:
Rəsmi Vaşinqton Xamneyinin “Facebook”a üzv olmasına münasibət bildirib
19.12.2012 [11:59] - Güney Azərbaycan xəbərləri
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Noland dekabrın 17-də jurnalistlərə açıqlamasında İranın dini lideri ayətullah Əli Xamneyinin “Facebook”a üzv olmasına münasibət bildirib.
Viktoriya Noland jurnalistlərə zarafatyana bir tonla deyib ki, Xamneyinin “Facebook” səhifəsinə müraciət edəcək: “Onun səhifəsində nələrin yayıldığını öyrənmək istəyirəm. Çünki Xamneyinin öz səhifəsində neçə “bəyəndim” alması mənim üçün maraqlıdır”.

Xamneyinin “Twitter”dəki səhifəsinin yaydığı məlumatda deyilir ki, dini lider “Facebook”a dekabrın 13-də qoşulub.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed