07.10.2021 [11:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onda xaricə bağlı olan daxildəki fürsətçil kəsim səs-küy salacaqdı ki, Azərbaycan rəhbərliyi xaricin təzyiqlərinə tab gətirə bilmir”
“Bizə edilən təzyiqlərin və təxribatların təməlində də bax, Qarabağ amili idi. Çünki prezidentlik dövründə, - mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, - amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə. O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk Qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam”.
Bu fikri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlət başçısı daha sonra bildirib: "Yəni, sözüm odur, bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik…”
Göründüyü kimi, Prezident bir neçə il bundan əvvəl olan mühüm bir sirrin üstünü açdı. Ölkəmizə edilən bu təzyiqlə bağlı reallıqları elə həmin vaxt Prezident açıqlasaydı nə olardı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin detallarla bağlı ətraflı məlumatın verilməsi zamanı tamamilə doğru seçilib: “Bir anlıq düşünək ki, həmin proseslərlə bağlı Prezident zamanında açıqlama verərdi. Onda xaricə bağlı olan daxildəki fürsətçil kəsim səs-küy salacaqdı ki, Azərbaycan rəhbərliyi xaricin təzyiqlərinə tab gətirə bilmir. Eyni zamanda, həmin dönəmdəki şərtlər, Türkiyənin bölgədəki gücü və proseslərə təsir imkanları zəif idi. Azərbaycan 2008, 2013 və hətta 2015-ci illərdə də öz ərazilərini işğaldan azad etmək istəyib. Qarşımıza hərdən bir kötük itələyiblər. Məsələn, 2013-cü ildə Milli Şura adlı bir qurumu yaratmaqla, Prezident seçkiləri dönəmində ölkədə dövlət çevrilişi layihəsini həyata keçirmək istədilər. Prezident bildirdi ki,10 noyabr üçtərəfli bəyanatı ilə bağlı da bəzi məqamlar var, zamanı çatanda bu barədə də məlumat verəcək. Siyasətdə zamanlamanı düzgün seçməyi bacarmaq çox doğru gedişdir. Prezident bunu yaxşı bacarır, ardınca da real addımlar atır. Artıq bəzi qüvvələrin bizə mane olmaq istəkləri tükənib. Bunu bizə qarşı edə bilməzlər. Hesab edirəm ki, həmin vaxt bizə qarşı olan qüvvələri yerində oturdub, torpaqları azad edə bilmək imkanımız real görünsəydi, onda da baş verənlər barədə məlumat açıqlanardı. Bir daha qeyd edirəm ki, həmin zamanın qlobal şərtləri, daxildəki vəziyyət həmin etirafları etməyə adekvat deyildi. Hazırda verilən bu açıqlamalar bizə təzyiq etmək istəyən qüvvələri tam yerində oturdacaq. Onlara maşalıq edən daxildəki qüvvələr isə ciddi şəkildə ictimaiyyətin qınağına tuş gələcəklər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |