08.10.2021 [11:13] - Gündəm, İdman
Oktyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsində ikinci yarımfinal görüşü keçirilib.
Turindəki “Alianz” stadionunda reallaşan görüşdə Belçika millisi Fransa yığması ilə qarşılaşıb. Gərgin keçən görüşdə Fransa millisi üstün olub - 3:2.
Oyunun ilk hissəsi Belçika seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yannik Karrasko və Romelu Lukaku fərqləniblər. Fasilədən sonra fransızlar ardıcıl üç qol vuraraq finala vəsiqə qazanıblar. Qolları Kərim Benzema, Kilyan Mbappe və Teo Hernandes vurublar. Beləliklə, Fransa millisi finalda ötən gün İtaliyanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Dördlər finalı"nın həlledici görüşü oktyabrın 10-da keçiriləcək. Həmin gün həm də 3-cü yer uğrunda oyun baş tutacaq. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |