Şrift:
Tehran Azərbaycanla müharibə edəcək? - “Bu, İranın sonu olacaq”
08.10.2021 [14:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son günlər Azərbaycan və İran arasında gərginlik artır. İki ölkənin qarşılıqlı bəyanatları və həmlələri fonunda bölgədə nələrin yaşana biləcəyi müzakirə mövzusuna çevrilib.

Tarix boyu olduğu kimi, İran yenə də Ermənistana dəstəyi davam etdirir və hətta bunu açıq-aşkar nümayiş etdirir. Özünü İslam dövləti elan edən İranın bizim yanımızda deyil, düşmənimizin yanında yer alması xalqımız tərəfindən böyük qəzələ qarşılanır.

İran Azərbaycanın Naxçıvana hərbi yük daşıması üçün hava məkanını bağlayıb. Türkiyə də İranla sərhəd məntəqəsini bağladığını elan edib, Gürcüstan İrandan gələn yük maşınlarının ölkəyə girişinə qadağa qoyub.

Bu gedişatın isə müharibə ilə bitəcəyi iddiaları da səslənir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın həddindən artıq güclənməsi İrana sərf etmir:

“Həmçinin, İran Türkiyənin bölgəyə gəlməsindən də narahatdır. Bununla yanaşı, İran sərhədlərimizə gəmilər göndərərək bizi təhdid etməyə çalışdı. Lakin Azərbaycan 30 il əvvəlki ölkə deyil. Biz İranın bütün təhdidləri zamanı qarşılarında dimdik dayandıq. Ölkəmiz kifayət qədər güclüdür, Türkiyə və Pakistan kimi də güclü müttəfiqlərimiz var. Düşünürəm ki, heç bir müharibə ehtimalı yoxdur və İran Azərbaycana qarşı heç nə edə bilməz. Onlar sadəcə olaraq Azərbaycanı hədələyərək itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Bizə qarşı əllərindən gələn bütün pislikləri edirlər. Lakin bunlar da heç bir fayda vermir. Ümumiyyətlə, İran mütəmadi olaraq Azərbaycan dövlətinə qarşı hərəkətlər edir. Onlar müharibədən əvvəl və müharibə dönəmində olduğu kimi indi də Ermənistana dəstəyi davam etdirir. Hətta İran Qarabağdakı separatçı rejimlə iş qurulub. İran məhz ona görə həddini aşaraq bizim ərazimizdən keçərək Qarabağdakı ermənilərə yardım göndərirdi. Azərbaycan da haqlı olaraq öz ərazisindən keçən yolu nəzarətə götürərək, İranın qanunsuz hərəkətlərinin qarşısını aldı. Onu da nəzərə almaq lazımdır ki, İran rəsmiləri Ermənistana kömək etdiklərini də etiraf edirlər”.

Partiya sədri İranın Azərbaycan üçün hava məkanını bağlamasına da münasibət bildirib:

“İran Azərbaycan üçün hava məkanını bağladı, lakin ölkəmizin kifayət qədər alternativi var. Hətta bundan sonra Ermənistan üzərindən də hava məkanımız açıldı, Türkiyə və Gürcüstan İranla sərhədi bağladı. Beləliklə, İran özünü blokada şəraitinə saldı. Ümumiyyətlə, bu təzyiqlər bizim iradəmizi sarsıda bilməz. Biz hər zaman hər şeyə hazır olmalıyıq. Hesab edirəm ki, bundan sonra da təzyiqlər olarsa, İran daha çox itirməyə məcbur qalacaq. Çünki Azərbaycan artıq bölgə gücünə çevrilib. İran kimi tör-töküntü ölkə 1970-ci illərin dəmirləri ilə bizə heç nə edə bilməz”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed