11.10.2021 [09:02] - Xəbərlər, İdman
Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Mundialın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Beləliklə, komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.
Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.

Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |