11.10.2021 [09:13] - Gündəm, Mədəniyyət
Misirin ikinci ən böyük şəhəri olan İsgəndəriyyədə Aralıq dənizinin sahilindəki qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən kitabxananın qalıqları üzərində tikilən müasir İsgəndəriyyə Kitabxanası elmi tədqiqatlar mərkəzi olmaqla yanaşı, turistlərin sevimli məkanıdır. “Silsilə” adlanan bu məkanda qədim yunan-Roma mədəniyyətinin qalıqları tarixçi alimlər üçün əvəzolunmaz mənbədir. Beynəlxalq ictimaiyyət 1600 il əvvəl güclü yanğına məruz qalmış bu qiymətli abidənin bərpası üçün böyük səylər göstərib.
Kitabxananın beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Şərif Riad bildirib ki, tarixçi alimlər qədim İsgəndəriyyə Kitabxanasının tikilməsi təşəbbüsünün eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən irəli sürüldüyü fikrində həmrəydirlər. Dünyanın ilk ən böyük ictimai kitabxanasının tikintisini isə eramızdan əvvəl III əsrdə Misir fironu I Ptolemey başa çatdırıb. Təxminən 700 min kitab və əlyazmanın olduğu bu elm ocağı sayəsində qədim yunan və Misir mədəniyyətinin sintezi olan Ellinizm sivilizasiyasının əsası qoyulub. Eramızdan əvvəl 48-ci ildə İsgəndəriyyə sahillərində gəmiləri yandıran Qədim Roma imperatoru Yuli Sezar bu kitabxananın böyük bir hissəsini də külə döndərib. Misirin ərəb istilasına məruz qaldığı 640-cı ildə İsgəndəriyyə Kitabxanası xəlifə Ömər ibn Xəttab tərəfindən yenidən yandırılıb.
Müasir İsgəndəriyyə Kitabxanasının tikintisi ideyası isə 1986-cı ildə Misir hökuməti, UNESCO və BMT İnkişaf Proqramı tərəfindən irəli sürülüb. Yeni binanın layihəsini hazırlamaq məqsədilə 100-dən çox memarlıq şirkəti arasında müsabiqə keçirilib və Norveçin “Sonetta” firması qalib elan olunub. 1998-ci ildə tikintisinə başlanılan kitabxana binası 2002-ci ildə istifadəyə verilib. Sahəsi 36 min kvadratmetr olan kitabxananın fondunda ərəb, ingilis, fransız, alman, italyan və ispan dillərində 2 milyondan çox kitab saxlanılır. Onların arasında Azərbaycanın qədim tarixini əks etdirən nüsxələr də var. 2007-ci ildə İsgəndəriyyə Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair üçillik fəaliyyət proqramı da imzalanıb. 2015-ci ildə isə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi burada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş konfrans keçirib. Dahi şair və mütəfəkkir haqqında yazılmış ərəbcə əsər, həmçinin AMEA-nın Tarix İnstitutunun ərəb dilində nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “böyük Ermənistan” uydurması” kitabları və İrəvan xanlığı ilə bağlı broşürlər də İsgəndəriyyə kitabxanasının fonduna daxil edilib.
İsgəndəriyyə Kitabxanasında müxtəlif yaş qruplarında, habelə görmə qüsurlu oxucular üçün xüsusi zallar, incəsənət və multimedia bölmələri də mövcuddur. Kitabxananın üçüncü mərtəbəsindəki Nobel mükafatı zalında isə görkəmli alim və yazıçılara həsr olunmuş eksponatlar sərgilənir. Eyni zamanda, burada Misirin müasir tarixini əks etdirən muzey də fəaliyyət göstərir. Burada Misirin dövlət başçıları Camal Əbdel Nasir və Ənvər Sadata aid guşələrdə onların hərbi və mülki geyimləri, əşyaları nümayiş etdirilir.

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |