12.10.2021 [09:55] - Xəbərlər, Sosial
Otuz il ərzində düşmən işğalı altında qalmış torpaqlarımızın azad olunması Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımızın və ordumuzun sıx birliyini, Qələbə uğrunda necə əzm və ruh yüksəkliyi ilə mübarizə apardığını əyani şəkildə nümayiş etdirdi.
Bu sözləri Vətən müharibəsinə dair xatirələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə müsahibəsində uzun illərdən bəri Avstriyada yaşayan azərbaycanlı diaspor fəalı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) məsul vəzifədə çalışan Bəxtiyar Siracov söyləyib.
O bildirib: “Vətən müharibəsində qazandığımız şanlı Qələbə bütün dünya azərbaycanlıları kimi, Avstriyada yaşayan soydaşlarımızı da ürəkdən sevindirib və qürurlandırıb. Müharibə zamanı çox gərgin anlar yaşasaq da, cəbhədən alınan hər bir qələbə xəbəri, Prezidentimizin xalqımıza ünvanladığı müraciətlər bizi ruhlandırır və böyük Zəfərin bizimlə olacağına inamımızı artırırdı. Əlbəttə ki, əsgərlərimizin döyüş meydanlarındakı şücaəti, onlara arxa cəbhədən göstərilən dəstək Qələbəmizi təmin edən əsas amillər sırasında yer alsa da, informasiya sahəsində xarici mediada yayımlanan qərəzli, yalan və iftiralarla dolu informasiyalara qarşı dövlətimizin başçısının şəxsən apardığı mübarizə əvəzolunmaz idi. Bu mübarizə sosial şəbəkələr üzərindən də böyük uğurla aparılırdı. Döyüş meydanında şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına, eyni zamanda, yanımızda olan dost, qardaş ölkələrin verdiyi mənəvi dəstək sayəsində biz bu Zəfəri qazandıq”.
Bəxtiyar Siracovun sözlərinə görə, dünya ictimaiyyəti ayılıb bizim haqq işi uğrunda savaşdığımızı başa düşməli idi, anlamalı idi ki, uzun illər xalqımızın didərgin salındığı Vətən torpaqlarını azad etmək uğrunda döyüşürük. Biz də düşmənlərimizə göstərməli idik ki, onlar qadın, qoca, uşaq qətlləri, xəyanətkarlıq, soyqırımlar, çirkin, məkrli niyyətlər, xalqımıza qarşı bəslənən nifrət ilə əlimizdən, canımızdan qopardıqları torpaqlara heç zaman sahib ola bilməyəcəklər. Gec-tez haqq zülmə qalib gəlir, ədalət daim öz layiqli yerini tutur.
Uydurma “qədimliliyi, “aliliyi”, “xüsusiliyi” ilə öyünən mənfur qonşularımızın həm işğal, həm də müharibə dövründə göstərdikləri qəddarlıq, kin-küdurət, ədavət, düşmənçilik, ksenofobiya, türkofobiya kimi xüsusiyyətləri ilə özlərini dünyada ifşa ediklərini qeyd edən B.Siracov deyib ki, şəhər və kəndlərimizin, mədəni-dini abidələrimizin, təbiətimizin necə vəhşicəsinə dağıdılmasının, viranə qoyulmasının miqyası torpaqlar işğaldan azad edildikdən sonra daha aydın şəkildə ortaya çıxıb. Bunları törədənləri insan adlandırmaq mümkün deyil.
“Hər bir azərbaycanlı Vətəninin çiçəklənməsini, həm iqtisadi, həm də siyasi cəhətdən qüdrətli bir dövlətə çevrilməsini ürəkdən arzu edir. Şükürlər olsun ki, bu günlər bu dirçəlişin, tərəqqinin şahidi oluruq. Biz güclü, ədalətli, qədim milli-mədəni dəyərləri olan bir dövlətə aid olduğumuz üçün çox qürurluyuq. Dünya ictimaiyyətinin bizə qarşı olan münasibəti müsbət istiqamətdə dəyişir, onlar bizimlə, sözün əsl mənasında, hesablaşmağa, kimin haqq-ədalət, kimin zülm tərəfində olduğunu aydın dərk etməyə başlayırlar”, - deyən soydaşımız bildirib.
O qeyd edib ki, xalqımız güclüdür, istedadlıdır, qədim mədəniyyətə, tarixə malikdir. Dəyərlərimizi nəsillər-dənnəsillərə ötürməklə, övladlarımızı vətənsevər ruhda tərbiyə etməklə dövlətimizin əbədi yaşaması yolunda bütün səylərimizi sərf etmək bizim hamımızın borcumuzdur.

Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |