19.12.2012 [12:47] - Siyasət
Ölkədə radikal müxalifətin siyasətinə nəzər yetirdikdə kifayət qədər qərəzli mövqeni ayırd etmək mümkündür. Belə ki, hazırki hakimiyyətin sərgilədiyi siyasətin mahiyyətinə varmadan ona qərəzli yanaşmaq radikal müxalifətin peşəsinə çevrilib. Hətta maraqlısı odur ki, beynəlxalq miqyasda Azərbaycan lehinə fikir səslənəndə, hesabatlar dərc ediləndə radikal müxalifət dərhal bu fikirləri səsləndirənləri, hesabat hazırlayanları ciddi tənqid hədəfinə çevirir.
Yaxud hesabatların forması Azərbaycanın əleyhinə olduqda onlar dərhal fərqli mövqe nümayiş etdirirlər. Yəni, onlar kimlərsə tərəfindən bəyan edilmiş anti-Azərbaycan bəyanatlarını, hesabatlarını dəstəkləməklə gündəmdə qalmağa çalışırlar. Elə sonuncu dəfə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsinin müsbət nəticələri də radikal müxalifəti narahat edən faktorlardan birinə çevrilib.
Milli Dirçəliş Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, ümumiyyətlə, hazırda Azərbaycana qarşı beynəlxalq aləmdə bir sıra təşkilatlar tərəfindən ədalətsizlik və qərəzlər mövcuddur: "Qərəzin arxasında da maraq dayanır. Çünki, Azərbaycanın yerləşdiyi coğrafi məkan dünyanın diqqət mərkəzindədir. Buna görə də bir çox beynəlxalq təşkilatın burada marağı var. Amma aparılan uğurlu siyasət nəticəsində bir sıra beynəlxalq təşkilatlar reallığı etiraf etmək məcburiyyətində qalırlar. Ona görə də cəmiyyət olaraq çalışmalıyıq ki, ölkə daxilindəki siyasətimizi xarici siyasətimizdə tətbiq etməyək. Yəni, müxalifət-iqtidar anlayışı ölkənin sərhədləri çərçivəsində olan bir məsələdir. Əgər xaricdən bir təşkilat bizə aid hesabat qəbul edirsə, biz onu bütünlüklə cəmiyyət olaraq ya müdafiə etməliyik, ya da qarşı getməliyik. Bir müddət əvvəl Ramil Səfərov prezident səviyyəsində müdafiə olundu və ölkəmizə gətirildi. Amma gətiriləndən sonra gördük ki, radikal müxalifət bunu hansısa siyasi məqsədlə gətirilməsi kimi qələmə verdi. Gətirilməmişdən öncə isə başqa cür danışırdılar. Elə Mübariz İbrahimovun da nəşi dövlət başçısının səyi nəticəsində ölkəmizə gətirilmişdi. Onda da müxtəlif buna siyasi don geyindirdi. Amma radikal müxalifətin bu siysəti çox gülüncdür. Biz buna qarşı getməliyik. Milli məsələlərdə kimliyindən asılı olmayaraq, beynəlxalq müstəvidə müsbət addım atıbsa, Azərbaycanın lehinə qanun qəbul olunursa, bu, yalnız təqdir olunmalıdır. Yəni, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın inkişafında maraqlı deyil. Amma onlar, həqiqətən məcbur qalıb inkişafı etiraf edirlərsə, bu, bizdə kimliyindən asılı olmayaraq, hər kəs tərəfindən dəstəkləməlidir. Nəyə görə, radikal müxalifət Qarabağla bağlı BMT-nin qəbul etmiş 4 qətnaməsinin icarısını həyata keçirməməkdə qınamır? Axı, bu, milli məsələdir. Nəyə görə radikal müxalifət tələb qoymur? Onlar bunların üzərindən sükutla keçirlər. Azərbaycan qarşı qərəzli qətnaməni isə dəstəklə müdafiə edirlər. Amma anlamırlar ki, həmin qətnamənin arxasında müəyyən dövlətlərin marağı var”.
Mübariz BAYRAMOV/"Mövqe" qəzeti

Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |