Şrift:
Serbiya COVID-19-un yayılma nisbətinə görə dünyanın ən təhlükəli ölkəsinə çevrilir
13.10.2021 [10:09] - Gündəm, Sağlıq
Son iki həftə ərzində koronavirusa (COVID-19) gündəlik yoluxanların sayının 6500 səviyyəsində olduğu Serbiya virusun yayılma sürətinə görə dünya ölkələri arasında zirvəyə yüksəlib.

Bir müddət Rusiya və Çindən aldığı peyvəndlərlə vaksinasiya sahəsində Avropanın qabaqcıl ölkələrindən olan Serbiyada peyvənd edilənlərin nisbəti cəmi 40 faiz səviyyəsinə çatıb.

Epidemiya başlayandan bu vaxtadək ölkədə COVID-19-a yoluxanların sayı bir milyon nəfəri keçib. Hazırda Serbiyada virusun yayılma nisbəti yüz min nəfərə 93,5-dir. Bu, dünya ölkələri arasında maksimum göstəricidir.

Maskadan istifadə etməyin və sosial məsafəni qorumağın məcburi olduğu ölkədə əsasən, gənclər peyvənd olunmağa maraq göstərmirlər. Belə ki, Serbiyada yaşı 18-30 arasında olanların vaksinasiyadan keçmə nisbəti cəmi 22 faizdir.
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed