13.10.2021 [10:30] - Gündəm, İqtisadiyyat
“P-Agro” MMC şirkəti bu ilin aprel-may aylarında Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində 10 hektar sahədə Türkiyənin məşhur “May toxum” şirkətinin “May-455” toxum sortunu əkib. Artıq sahədə pambıq yığımı aparılıb.
Məhsul yığımında “P-Agro” MMC, Aqrar İnnovasiya və Təchizat Şirkəti, “May toxum” şirkətinin nümayəndələri, həmçinin “May-455” pambıq sortunun məhsuldarlığı ilə maraqlanan yerli fermerlər iştirak ediblər.
Pambıq “ağ qızıl” olmaqla yanaşı, ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi aqrar sektorun strateji məhsuludur.
2016-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib. Dövlətimizin başçısı qeyd edib ki, 2016-cı ildən sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.
Hazırda kənd təsərrüfatı sektorunda aqrar tələbatların alışı üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən ayrılan subsidiyalar sayəsində fermerlər əkin sahələrini inkişaf etdirmək və daha çox gəlir götürmək imkanı qazanıblar.
Tədbirdə “May toxum” şirkətinin nümayəndələri Ömər İgid, Səlçuq Suluc və Ersin Gözen iştirak ediblər. Şirkətin nümayəndəsi Ersin bəy deyib: “Bu il məhsuldarlıq nəticələrinə əsaslanaraq demək olar ki, bu növ toxumlarda məhsuldarlıq, iqlim şəraitinə davamlılıq, xəstəliklərə və həşəratlara qarşı müqavimət çox yüksəkdir. “May-455” pambıq toxumları digər sortlardan yetişmə və suvarma müddəti ilə də fərqlənir. Belə ki, “May-455” toxumları 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarılır. Yarpaq sayı ən yaxın rəqibi ilə müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf olunur.
“P-Agro” şirkətinin sahə aqronomu Sahil Ağayev “May-455” toxum sortunun əkin iqlim zonasına mükəmməl uyğunluğu və məhsuldarlığın gözləntilərdən çox olduğu üçün torpağa qoyulan investisiyaların özünü doğrultduğunu qeyd edib. Bununla yanaşı, Sahil Ağayev bildirib ki, şirkət gələn il pambıq əkini sahəsini 10 hektardan 150 hektara qədər genişləndirməyi planlaşdırır.
Aqrar İnnovasiya və Təchizat Şirkətinin gubre.az brendi “May-455” toxumlarını Azərbaycana idxal edir. Həmçinin fermerlərin təchizatını daha rahat, sürətli təmin etmək məqsədilə regional satış nöqtələrinin sayını artırır və vaxtaşırı səyyar satışlar keçirir.

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |