Şrift:
İranda gənc bəluc hərbçi edam edilib
13.10.2021 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə “Bəluc Fəallarının Kampaniyası” məlumat yayıb.


Bildirilir ki, iki il əvvəl 30 kiloqramlıq “Kristal” növlü narkotik maddənin qaçaqmalçılığında günahlandıraraq həbs edilən və sonradan vəkildən məhrum edildiyi halda məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilən Ümid Sarani oktyabrın 11-i sübh saatlarında İranın Bircənd şəhərinin zindanında dara çəkilib.


Məlumatda bildirilir ki, gənc hərbçiyə ölüm cəzasının icrasından bir gün əvvəl ailə üzvləri ilə son dəfə olaraq görüşməyə icazə verilib.


Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat yayılmayıb.


Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed