14.10.2021 [09:55] - Gündəm, İqtisadiyyat
Yaponiyada benzinin orta qiyməti son yeddi ilin ən yüksək həddinə çatıb.
Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Yaponiyada ən çox istifadə edilən “reqular” benzin markasının bir litrinin orta qiyməti 162,1 yenə (1,42 dollardan bir qədər çox) çatıb. Son dəfə benzinin həmin markasının bu qiymətə satılması 2014-cü ildə qeydə alınıb.
Yaponiya hökuməti neftin qiymətinin artması ilə əlaqədar biznesin mənfəətinin və adi vətəndaşların gəlirlərinin azalmasından narahatlığını artıq ifadə edib. Yerli hakimiyyət orqanları isə vəziyyəti nəzarətdə saxlamağa çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, bu ərəfədə Beynəlxalq Valyuta Fondu 2021-ci ildə neftin orta qiymətinin əvvəlki illə müqayisədə 60 faiz artacağını və bir barel üçün 65,68 dollar təşkil edəcəyini proqnozlaşdırıb. Fondun mütəxəssislərinin rəyinə görə, 2022-ci ildə neftin bir barelinin 64,52 dollar təşkil edəcəyi gözlənilir.

Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |