15.10.2021 [09:58] - Xəbərlər, Mədəniyyət
Pakistanın paytaxtı İslamabadın ən böyük ticarət mərkəzi olan “Centaurus Mall”da ölkə ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunan sərgi keçiril
Sərgidə 30 ilə yaxın erməni vandalizminə məruz qalan Azərbaycan torpaqlarının dözülməz vəziyyəti, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həmvətənlərimizin həlak olması, eləcə də mülki infrastrukturlara dəyən zərər barədə məlumat verilir.
Bildirilir ki, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin qanı bahasına torpaqlarımızı erməni işğalından azad etməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın və itkin düşən soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunan yürüş haqqında söhbət açılır.
Salonda işğaldan azad olunan ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, Şuşada keçirilən “Xarıbülbül festivalı” və Vaqif Poeziya Günlərini, eləcə də Vətən müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilən dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının da dalğalandığını əks etdirən fotoşəkillər yer alıb.
Hər gün təxminən 35 min adamın gəldiyi bu ticarət mərkəzində quraşdırılan ekranda Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarında törədilən vəhşiliklər, işğal zamanı Azərbaycan məscidlərində mal-qara saxlanması, Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri, orada Azərbaycan bayrağını qaldırması, televiziyaya verdiyi müsahibələri, habelə Anım Günü ilə bağlı Pakistan Abidəsinin Azərbaycan bayrağı ilə işıqlandırılması nümayiş etdirilib.
Pakistanın bir sıra rəsmi şəxsləri, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin kollektivi, ictimaiyyət və KİV nümayəndələri, diplomatik korpusun üzvləri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı sərgini ziyarət ediblər.
İştirakçılar sərgini maraqla qarşılayıb və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |